“Silk Way Holding”in strukturlarında nizamnamə kapitalı 3 dəfədən çox artırılıb

Date:

Paylaş:

“Silk Way Holding” MMC-yə daxil olan “Silk Way Business Aviation” MMC-nin nizamnamə kapitalı 105 610 840 manat və yaxud 3,3 dəfə artırılaraq 46 540 200 manatdan 152 151 040 manata çatdırılıb.

Buna səbəb holdinqə məxsus “ASG Servis” MMC-nin ləğv edilərək “Silk Way Business Aviation”ə birləşdirilməsidir.

Qeyd edək ki, bu şirkətin nizamnamə kapitalının artırılmasına ötən ilin sonlarına yaxın başlanılıb. Əvvəlcə sözügedən göstərici 200 manatdan 27 880 200 manata, daha sonra isə 46 540 200 manata çatdırılıb.

Oxşar proses “Silk Way Holding”ə daxil olan “Silk Way Helicopter Services” MMC-də də gedir. Bu şirkətin nizamnamə kapitalı kəskin artımla 200 manatdan 34 309 743 manata çatıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...