“Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 27 880 000 manat və yaxud 30,2% artırılıb.
“Bizplus.az” xəbər verir ki, aviaşirkətin kapitalı 92 335 480 manatdan 120 215 480 manata çatdırılıb.
Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb, “Silk Way Holding” MMC-yə daxildir. Bir qədər əvvəl bu holdinqin törəməsi olan “Silk Way Business Aviation” MMC-nin də nizamnamə kapitalı 27,88 milyon manat artırılaraq 200 manatdan 27 880 200 manata çatdırılmışdı.