Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Silk Way Holding”in daha bir törəməsinin nizamnamə kapitalı artırılıb

“Silk Way Holding”in daha bir törəməsinin nizamnamə kapitalı artırılıb

89
Paylaş

“Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 27 880 000 manat və yaxud 30,2% artırılıb.

“Bizplus.az” xəbər verir ki, aviaşirkətin kapitalı 92 335 480 manatdan 120 215 480 manata çatdırılıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb, “Silk Way Holding” MMC-yə daxildir. Bir qədər əvvəl bu holdinqin törəməsi olan “Silk Way Business Aviation” MMC-nin də nizamnamə kapitalı 27,88 milyon manat artırılaraq 200 manatdan 27 880 200 manata çatdırılmışdı.