Əsas səhifə Biznes Sığorta startupı Sure 8 milyon dollar investisiya aldı

Sığorta startupı Sure 8 milyon dollar investisiya aldı

771
Paylaş

Yeni nəsil sığortaçılıq startuplarından olan Sure 8 milyon dollar investisiya aldığını açıqladı.

Sure 2014-ci ildə New Yorkda qurulub. Ev sığortasından uçuş biletlərini geri qaytarma ilə əlaqədar sigortalara, hətta toy sığortalarından telefon sığortalarına qədər fərqli sahələrdə fəaliyyət göstərən Sure, istifadəçilərə ən yaxşı sığorta variantlarını süni zəka gücüylə təqdim edir.

Web versiyası ilə yanaşı iOS və Android versiyaları da olan Sure fərqli sığorta şirkətləri ilə razılaşmalar edərək çalışır. Sure’un CEO-su və həmtəsisçisi Wayne Slavin, sığorta sektorunun olduqca güclü olduğunu və sığortalamaq üçün texnologiya və mobil üstünlüklərini istifadə etdiklərini bildirir. Daha əvvəl 3 milyon dollarlıq investisiya alan Sure’un, 8 milyon dollarlıq investisiya ilə daha da böyüyəcəyi gözlənilir.