Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Sığorta bazarında ödənişlərin 50%-ni 2 şirkət həyata keçirir

Sığorta bazarında ödənişlərin 50%-ni 2 şirkət həyata keçirir

494
Paylaş

2018-ci ildə Azərbaycanda toplanmış 727,954 milyon manat sığorta haqqının 392,995 milyon manatı və yaxud 54%-i “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” ASC-lərin payına düşüb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə, “PAŞA Holdinq” MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 264,998 milyon manat (36,4%) və 128,007 milyon manat (17,6%) sığorta haqqı toplayıblar.

Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 60,107 milyon manatlıq (8,25%) göstərici ilə “Atəşgah Həyat Sığorta” ASC, 4-cü yerdə 43,389 milyon manatlıq (6%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”), 5-ci yerdə isə 36,806 milyon manatlıq (5%) göstərici ilə “Atəşgah Sığorta” ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 533,297 milyon manat təşkil edib ki, bu da bazarın 73,25%-i deməkdir.

21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə “Naxçıvan Sığorta” (263 min manat), “Amrah Sığorta” (744 min manat) və “Bakı Sığorta” (1,024 milyon manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 2,031 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin yığımları isə 1-26 milyon manat arasında dəyişir və onların bazar payı 192,626 milyon manat və yaxud 26,45%-dir.

Ödənişlərin 50%-ni 2 şirkət həyata keçirib

2018-ci ildə Azərbaycanda həyata keçirilmiş 240,333 milyon manatlıq sığorta ödənişlərinin 50,2%-i və yaxud 120,565 milyon manatı “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” ASC-lərin payına düşüb.

Bu şirkətlər müvafiq olaraq 71,045 milyon manat (29,6%) və 49,52 milyon manat (20,6%) ödəniş ediblər.

Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 20,022 milyon manatlıq (8,3%) göstərici ilə “Atəşgah Sığorta” ASC, 4-cü yerdə 14,72 milyon manatlıq (6,1%) göstərici ilə “Atəşgah Həyat Sığorta” ASC, 5-ci yerdə isə 14,689 milyon manatlıq (6,1%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 169,996 milyon manat təşkil edib ki, bu da bazarın 70,7%-i deməkdir.

21 sığortaçı arasında ən az ödəniş edənlər isə “Naxçıvan Sığorta” (3 manat), “Amrah Sığorta” (104 min manat), “Bakı Sığorta (197 min manat) və “Rəvan Sığorta” (316 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 620 min manat təşkil edib