Əsas səhifə Biznes İş qadını Sıfırdan sərvət qazanan milyarderlər siyahısında türk iş qadını

Sıfırdan sərvət qazanan milyarderlər siyahısında türk iş qadını

1114
The Living Legends of Aviation Awards is a prestigious black tie awards gala in which the Legends of Aviation honor significant contributions to aviation. The Legends event is produced by the Kiddie Hawk Air Academy, a non-profit organization that introduces children to aviation.

Forbes ABŞ-da sıfırdan yüksələrək sərvət qazanan ən zəngin qadınların siyahısını açıqlayıb. Pizza restoranları şəbəkəsi Little Caesarsın sahibi Marian Ilitchin ilk sırada olduğu siyahıda türk iş qadını Eren Özmen də yer alır.

Eren Özmen Amerikaya köçdükdən sonra dünyadakı ən innovativ 10 şirkətdən birini qurmağı bacarıb.

Eren Özmen 1988-ci ildə Nevada universitetində MBA-ı bitirib. Həyat yoldaşı Fatih Özmen ilə birlikdə Türkiyədən Amerikaya gəlib təhsil aldıqdan sonra Sierra Nevada Corporationı satın aldıqdan sonra şirkətin böyüməyində böyük rolları var.

Şirkət satın alınan zaman 20 işçisi olduğu halda hal-hazırda 3 minə yaxın işçisi var. ABŞ-dan kənarda İngiltərə, Almaniya və Türkiyədə də ofisləri var.

Sierra Nevada Corporationun CEO-su Eren Özmen Forbesin sıfırdan zəngin olan qadınlar siyahısına düşən tək iş qadınıdır.