Əsas səhifə Biznes Milyarder Sıfırdan sərvət qazanan insanlar

Sıfırdan sərvət qazanan insanlar

1694

Dünyadakı müvəffəqiyyətli sərmayəçilərin bəziləri küçələrdən Forbes siyahısının zirvələrinə qədər qalxmağı bacarmışlar. Belə bir müvəffəqiyyətə çatmağın hər keçən gün çətinləşdiyini təsbit edən statistikalara baxmayaraq, bu 6 möhtəşəm hekayə bizə həyatdakı ən böyük çətinlikləri aşıb özümüz üçün daha yaxşısını yaratmağın mümkün olduğunu göstərir! Bu ruhlandırıcı sahibkarlıq hekayələrindən bəziləri ilə sizi baş-başa buraxırıq…

Guy Laliberte

Kanadada doğulan Guy Laliberte sirk karyerasına küçə çalğıçılığı edərək, akordiyon çalaraq, ipin üzərində kəndirbazlıq edərək və atəş udaraq başlamışdır. 1987-ci ildə Los Angeles İncəsənət Festivalına Kolumbiyadan müvəffəqiyyətli bir rəqs qrupunu dönüş bileti belə almadan gətirərək riskli bir cəhd etmişdir. Sirk qrupunu Las Vegasa gətirərək bu gün tanıdığımız dünya tərəfindən məşhur Cirque de Soleili yaratmağı bacarmışdır. Eyni zamanda professional poker oyunuçusukosmonavt olan Laliberte bu gün 2.5 milyard dollarlıq sərvətiylə Cirque du Soleilin rəhbəridir.

Howard Schultz

Hpward Brooklində böyüyüb. O, hər zaman yük maşını şoferi olan atasının ona təqdim etdiyi həyat tərzinin kənara çıxmaq istəyib. Bütün yoxsulluğa baxmayaraq, idman mövzusunda təkmilləşmiş və Northern Michigan Universitetindən futbol təqaüdü qazanmışdır. Rabitə sahəsində təhsilini tamamladıqdan sonra Xeroxda işə başlamışdır. O zaman kiçik bir qəhvə mağazası olan Starbucks qəhvəsi ilə sehrlənən Schultz 1987-ci ildə Xeroxu buraxıb Starbucksın hissələrini satın alıb şirkətin rəhbəri olmuşdur. 60 qəhvə mağazası ilə başlayan zəncirin bu gün dünyada 20.891 dükanı var. Schultz bu müvəffəqiyyətli şəbəkə ilə bu gün 2.1 milyard dollarlıq sərvətin sahibidir. Özü bir müddət iş həyatına ara verdikdən sonra Starbucksı enişdən qurtarmaq üçün təkrar CEO vəzifəsinə gəlmişdir.

Leanardo Del Vecchio

Dul anası tərəfindən maliyyə tərəfdən dəstəklənməyən beş qardaşdan biridir. Uşaqlar evində böyümək məcburiyyətində qaldıqdan sonra, bir fabrikdə işçi olaraq avtomobil parçası və eynək çərçivəsi qəlibləri çıxarmağa başlamış və burada barmağının bir parçasını itirmişdir. 23 yaşında eynək çərçivəsi qəlibi çıxardığı öz dükanını açmışdır. İllər sonra bu kiçik dükan dünyanın ən böyük günəş eynəyi və nömrəli eynək istehsalçısı halına gəlmişdir. Luxottica adını verdiyi şirkət Ray-Ban Oakley eynək markalarının istehsalçısıdır və Sunglass Hut ilə LensCrafters kimi ümumi 6.000 pərakəndə satış mağazasının sahibidir. Del Vecchionun təxmini sərvəti 10 milyard dolların üzərindədir.

İngvar Kamprad

İngvar Kamprad ferma həyatı yaşayaraq böyüsə də içində hər zaman sahibkarlıq ruhu olub. Kiçik yaşlarda Stokholmda topdan aldığı kibritləri qonşularına satmağa başlamışdır. Daha sonra işləri bir az daha böyüdərək balıq, Milad dekorasiyası və qələm satmışdır. Kiçik işlər onu təmin etməyincə atasından pul alıb bir poçt sifarişi işi qurmuşdur. Daha sonra bu təşəbbüsü dünyanın ən böyük mebel mağazasına çevrilmişdir. IKEA adı, Ingvar Kampradın baş hərfləri ilə yaradılmış, böyüdüyü ferma (Elmtaryd) və qəsəbənin (Agunnaryd) baş hərfləri də marka adını tamamlamışdır. Zaman içində mebel şirkətin ən çox satan məhsulu halına gəlmişdir və Kampradın razılaşdığı yerli istehsalçılar qiymətlərin aşağı qalmasını təmin etmişdir. Bir zamanlar dünyanın ən zənginləri arasında olan Kampradın sərvəti bu gün 3.4 milyard dollardır.

Sam Walton


Waltonın ailəsi böhran dövründə Oklahomada bir fermada yaşayıb. Walton ailəsinə maddi olaraq dəstək olmaq məqsədiylə inək südü sağıb müştərilərə çatdırılmasını həyata keçirmişdir. Eyni zamanda qəzet paylaması edərək bir tərəfdən də jurnal üzvlükləri satmışdır. Missouri Universiteti İqtisadiyyat fakultəsindən məzun olduqdan sonra ucuz ev məhsulları satan bir mağaza idarə etməyə başlayan Walton, ordudan aldığı 5 min dollar və qayınatasından borc olaraq aldığı 20 min dollar ilə Arkansasda Ben Frankin adında bir mağazanı almışdır. Bu mağazanı bir zəncir halına gətirib sonunda Wal-Mart və Sams Clubu qurmuşdur. 1992-ci ildə vəfat edən Walton şirkəti arvadı və uşaqlarına buraxmışdır.

Oprah Winfrey

Oprah həyatının ilk altı ilini nənəsinin yanında yaşayaraq və kartof torbalarından düzəldilmiş paltarlar geyərək keçirmişdir. İki ailə üzvü və ailə dostu tərəfindən təcavüzə uğrayan Oprah 13 yaşında evdən qaçıb. 14 yaşında doğulan körpə doğumdan qısa bir müddət sonra vəfat etmişdir. Yaşamaq üçün anasının yanına gedən Oprahı anası atasının yanına göndərmişdir və Oprahın həyatı tamamilə dəyişmişdir. Tam təqaüdlü olaraq universitetə girən Oprah gözəllik yarışmasında birinci olduqdan sonra bir radio stansiyası tərəfindən kəşf edilmişdir. Bir müddət sonra Oprah adı bir imperatorluğa çevrilmişdir. Forbesə görə Oprahın sərvəti bu gün 2.9 milyard dollar dəyərindədir.