Sıfırdan başlamaq üçün ideyalar – Biznes ideya

Date:

Paylaş:

Sizə inkişaf etmək imkanı yaratmayan və pul qazandırmayan, sizi heç məmnun etməyən bir işdən yorulmusunuz? Ən yaxşı variant kiçik biznes açmaqdır. Heç kim sizə işinzi atın demir. Sığortalanmaq üçün siz kiçik biznesinizi əsas işinizlə əlqələndirə bilərsiz.Biznesə necə və nə ilə başlamaq barədə düşünmək çətindir, lakin gərgin əməyiniz və səyləriniz nəticəsində az yatlrımla uğurlu bir biznesə nail ola bilərsiniz.

İşə yeni başlayan şəxs bilməlidir ki, yalnız aktual biznes-ideyalar inkişaf etmək şansına malikdir.Məsələn, kənd və ya balaca şəhərdə ola biləcək variantlar meqapolis sakinləri üçün maraqsız ola bilər.Bundan başqa siz baş vurduğunuz biznesdə rəqiblərinizlə mübariz aparmalı olacaqsıznız. Buna görə də, öz hədəf auditoriyanızı və rəhbər-rəqiblərinizi təyin etməlisiniz və tələb və təklifləri öyrənməlisiniz. Və əlbəttə, sizin biznes-planınız da olmalıdır. Siz yeni başlayanlar üçün biznes-kitablardan oxuya bilər, biznes-treninqlərə və kurslara gedə bilər və uğurlu biznes layihələri mənimsəyə bilərsiniz.

Nədən başlamaq lazımdır

İlk olaraq siz fəaliyyət istiqamətini müəyyən etməlisiniz. Ümumi halda bütün biznes variantlarını üç kateqoriyaya bölmək olar:

  • əl işləri;
  • satışlar;

Əl işləri – hal-hazırki vəziyyətdə biznesə sıfırdan başlamaq üçün və ən azından özünüz özünüzü dolandırmaq üçün hər hansısa peşəni  seçməlisiniz. Belə vəziyyətdə variantlar çoxdur.Siz məsələn, fotoqraf, proqramist,manikür ustası,dizayner, və hətta ekskursovod da ola bilərsiniz. İşinizin peşəkarı olaraq siz öz şəxsi şirkətinizi, gözəllik salonunuzu aça bilərsiniz.

Agentlik – agentlik biznesi bir çoxları üçün cəlbedicidir.Ən məşhur istiqamətlər reklam agentliyi, turizm agentliyi, sığorta agentliyi, təntənəli mərasimlər təşkilatçılığı, işə qəbul agentliyi və əmlak agentliyidir.Sizə yeni bir peşəni mənimsəmək lazım gəlməyəcək, çünki, burada əsas məqsəd insaları bir araya gətirməkdir ( məsələn, işəgötürənlə namizəd və ya arendaya verənlə arendaya götürən ).

Satışlar – siz öz şəxsi İnternet-mağazanızı istifadəyə verə bilərsiniz. Bunun üçün xüsusi biliklər də tələb olunmur, hətta başlanğıcda siz öz saytınızı açmaqda çətinlik çəksəniz belə, həmişə OLX və Avito kimi ixtisaslaşmış meydançalarda və sosial şəbəkələrdə satışlara başlaya bilərsiniz.

Ticarət sahəsi

Çinlə biznes

Ticarət yeni başlayan rəhbərlər üçün cəlbedici sahədir, adi kommersiya sxemi üzrə stabil gəlir təşkil etməyə imkan verir.

Dünya bazarına çıxarılan məhsulun böyük hissəsi Çində istehsal olunur. Və əgər əvvəllər çin məhsulları aşağı dərəcəli idilərsə, indi artıq onlar daha funksional və uzunömürlü olublar və bununla da aşağı qiymət dəyərlərini qoruyub saxlayıblar.

Çinlə ticarətin çoxlu faydaları da var. Çin məhsulları ucuz olmaları ilə fərqlənirlər və bu da 500-700% – ə qədər qiymət qoymanı təmin edir. Həmçinin, geniş bazar çeşidini də qeyd etmək lazımdır.Çin istehsalçılarında faydalı məişət xırdavatlarından tutmuş yüksək texnologiyalı qadjetlərə qədər istənilən məhsulu tapmaq olar və bu da sahibkara optimal və tələb olunan xətti tapmaqda yardımçı olur.

Çinlə biznesə xüsusi biliklər olmadan başlamaq olar və sadəcə üç sadə addımı izləmək kifayətdir:

  •   Çində məqbul pərakəndə qiymətə mal tapmaq;
  •   malı öz regionuna çatdırmaq;
  •   malı əlavə ödənişlə pərakəndə qiymətə satmaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...