Əsas səhifə Biznes sahələri Texnologiya Siemens Berlin yaxınlığında “ağıllı şəhər” inşa etməyi planlaşdırır

Siemens Berlin yaxınlığında “ağıllı şəhər” inşa etməyi planlaşdırır

87
Paylaş

Siemens konserni Berlin şəhəri yaxınlığında 70 ha ərazidə “ağıllı şəhər”in salınmasına 600 milyon avro qoyacaq. Bu barədə CityLab xəbər verir.

Söhbət şirkətin 1897-ci ildən sahibi olduğu sahənin canlandırılmasından gedir. İkinci Dünya Müharibəsinə qədər bura Siemens zavodu işçiləri üçün yaşayış yeri olub. Berlinin ikiyə bölünməsindən sonra isə konsern Münxendə yerləşir.

Siemensstadt 2.0 konsepsiyası Siemens-in yeni istehsal bazalarının, yenilikçi və startaplar üçün mərkəzlərinin yerləşəcəyi düşərgənin inşasını nəzərdə tutur. Təxminən 3000 mənzil, uşaq bağçaları, məktəblər, parklar, restoranlar, mehmanxanalar, mağazalar olacaq. Şirkət istifadəsiz qalmış bir dəmiryolu xəttini də yeniləməyi düşünür. Bütün bunlar yenilənmiş enerji və rəqəmsal infrastrukturalı davamlı inkişaf prinsiplərinə söykənir.

2018-ci ilin sonunda Berlin və Siemens bu niyyətləri ilə bağlı deklarasiya imzalayırlar. Şəhər, infarstrukturanın inkişafına 1,5 milyon avro yatırım etməyə razı olur. Bu yay Siemens  yeni rayonun ideyasını işləmək üçün 15 arxitektura bürosu dəvət edib. Tikintinin 2021-i ilin sonu başlanacağı gözlənilir.

Siemensstadt-ın 6 kilometrliyində Teqel hava limanı yerləşir. Onun yeni Brandenburq hava limanının açılmasından sonra istismar olunacağı planlaşdırılır. Onu İT-mərkəzə çevirməyi düşünürlər. Siemensstadt 2.0 layihəsi ilə o, 20 minlərlə iş yeri və 25 min adam üçün yaşayış yeri ilə birgə yeni şəhər klasteri yarada bilər.