Azərbaycanda “Siemens Gas and Power GMBH & Co KG” şirkətinin filialı açılır.
Bu barədə şirkətdən xəbər verilir.
Qeyd edək ki, “Siemens G&P”nin Baş ofisi ABŞ-ın neft hasilatçı ştatı olan Texasda (Hyuston ş.) fəaliyyət göstərir. “Siemens G&P” neft-qaz üzrə enerji bazarına inteqrasiya etmiş böyük ixtisaslı şirkət hesab olunur.
Şirkətin Azərbaycandakı filialının direktoru Böyük Britaniya vətəndaşı olan Hewson James olacaq. H.James həmçinin, 2015-ci ildən “Siemens Aktienqezelşaft Səhmdar Cəmiyyəti”nin Azərbaycandakı filialının da rəhbəridir.
Almaniyanın “Siemens” brendi Azərbaycanın enerji bazarına 1998-ci ildən “Siemens Səhmdar Cəmiyyəti Avstriya” nümayəndəlik kimi daxil olmaqla, sonradan “Siemens Aktienqezelşaft Səhmdar Cəmiyyəti”nin filialını və “Siemens Gamesa Renevable Energy” adlı törəmə şirkəti açmışdır.
Yeni filial açmış “Siemens Gas and Power GMBH & Co KG”nin 2019-cu il üzrə gəlirləri 17,66 milyard avro təşkil edib. Bu, öncəki illə müqayisədə 3% daha azdır.
Ümumililkdə isə “Siemens”in xalis mənfəəti 2019-cu ildə 5,65 milyard avro təşkil edib.