Kanadanın elektron kommersiya platforması “Shopify” onlayn işləyən əməkdaşlarına min dollar verib. Bu vəsaitlə onlar evdən işləmək üçün lazım olan avadanlıqları alacaqlar.
Qeyd edək ki, şirkət distant iş rejiminə koronavirus səbəbindən keçib.
Bundan başqa, şirkət, əməkdaşlarına lazım olan ofis avadanlıqlarını da özləri ilə götürməyə icazə verib. Shopify distant iş rejimini 16 marta kimi davam etdirmək fikrindədir.
Şirkətdən əməkdaşların min dolları hansı şərtlərlə əldə edəcəyi bildirilməyib. O, ya aylıq əmək haqqına əlavə olunacaq, ya da işçilər rəhbərlik qarşısında aldıqlarının hesabatını verməli olacaqlar.