“Sharp” şirkəti dünyada ən böyük 8K televizor təqdim edəcək

Date:

Paylaş:

Yaponiyanın “Sharp” şirkəti “IFA-2019” Beynəlxalq istehlak elektronikası sərgisində dünyada maye kristal ekranlı ən böyük 8K televizorunu təqdim edəcək. 120 düymlük paneldən ibarət yeni televizor 5-ci nəsil (5G) şəbəkəsinə qoşulmaq imkanına malikdir.

Şirkətin nümayəndələrinin sözlərinə görə, gələcək “ağıllı” televizorun təsvir ölçüsü o qədər yüksək ki, sənətşünaslar onu şəkillərin məsafədən öyrənilməsi və ya bərpa işlərinin keçirilməsində istifadə edə biləcəklər. “Sharp” şirkəti yeni model haqqında başqa detallar hələ açıqlamır.

“Engadget” dərgisi yazıb ki, cari ilin iyunda “Samsung” tərəfindən təqdim edilmiş 292 düymlük “The Wall Luxury” əslində dünyada ən böyük 8K televizordur.

“IFA 2019” sərgisi sentyabrın 6-dan 11-dək Berlində keçiriləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...