Məşhur müğənni olan Shakira vergi ödəmələrindən qaçmasında ittiham olunub. O, 12 iyun tarixində İspan məhkəməsi qarşısında cavab verəcəkdir. Bu barədə “Europa Press” agentliyi xəbər verib.
Prokurorluq iddiası əmlak vergisi və gəlir vergisi də daxil olmaqla altı vergi qaçırma epizodunu əhatə edir. İşə Esplugues de Llobregat şəhərinin məhkəməsi tərəfindən baxılacaq.
Prokurorların sözlərinə görə, müğənni Panama, Kayman və Virgin adaları kimi zonalardakı 14 şirkətdən istifadə edərək 14,5 milyon avro saxlayıb.
2017-ci ilədək müğənni demək olar ki, həmişə İspaniya ərazisində yaşayıb. Lakin ölkənin vergi orqanlarında qeydiyyata yalnız 2015-ci ildə düşmüşdür. Səlahiyyətlilər onun artıq dörd il ərzində vergi ödəmələrdən yayındığından şübhələnir.