ABŞ tennisçisi Serena Uilyamsın 2005-ci ildə Uimbldonda azarkeşə hədiyyə etdiyi sınmış raketkası auksiona çıxarılıb.
Raketkanın başlanğıc qiyməti 8 min dollardır. 38 yaşlı idmançı 14 il öncə baş tutan turnirin ilk dövrəsində həmyerlisi Ancela Heynsə qarşı məhz bu raketka ilə oynayıb.
O, ilk seti uduzandan sonra emosional şəkildə raketkanı sındırıb və azarkeşə verib, görüşü isə qələbə ilə başa vurub.
Qeyd edək ki, Serena Uilymas Böyük Dəbilqə turnirlərində 23 dəfə qalib gəlib. Rekord isə avstraliyalı Marqaret Korta aiddir – 24 qələbə.