Sequoia Capital fondunun qurucusunun biznes qaydaları

Date:

Paylaş:

Dünyanın ən uğurlu investisiya fondlarından biri olan Sequoia Capital fondunun bu yaxınlarda dünyasını dəyişən qurucusu Don Valentine-nin müxtəlif illərdə biznes və vençur səhmlərlə bağlı söylədikləri barədə Forbes jurnalı bir xatırlatma edib.

Don Valentine-nin 87 yaşı vardı. O, sonradan startapa çevrilən gənc texnoloji şirkətlərə yatırım edən səhmdarlardan biri olub. 1975-ci ildə ilk dəfə Atari video oyunları istehsalçısına yatırım edən Valentine sonralar Apple, Electronic Arts, Cisco, Google. Dropbox, WhatsApp, Instagram, Airbnb və digər bir çox şirkət və layihələrə də sərmayə yatırır.

Deyilənlərə görə, Don Valentine-nin çətin xarakteri vardı. Inc. jurnalı onu kobud bir insan kimi xatırlayır. Jurnalın məlumatına görə, bir dəfə o, işçisinin üstünə elə qışqırır ki, o bundan huşunu itirir.

O özü biznesi necə qurması və digərlərinə də bu yolda necə kömək etməsi barədə fikirlərini belə bölüşüb:

Mən ölkənin şərqində anadan olmuşam və böyümüşəm. Bura isə həmişə qarlı bir yer olub. Ona görə həmişə and içmşəm ki burada qalmayacam və Kaliforniyaya köç etmişəm.

Katolik məktəbində tərbiyəçilər sağ əllə yazmağa icazə vermirdilər. Onlar belə hesab edirdilər ki, sağ əllə yazanlar uğursuz olurlar. Belələrini öyrənənə qədər xətkeşlə əllərinə döyürdülər.O vaxtlar mən anladım ki, mənlə bacarmaq bir çətindir.

Mən Harvardın biznes-məktəbini bitirmədən pulu idarə etməyin mümkünsüz olduğunu düşünən insanlarla ünsiyyət qururdum. Mən gördüm ki, mənə pul qazanmaq deyil, mötəbər şirkətlər qurmaq maraqlıdır, bunun üçünsə Harvardda oxumaq lazım deyil.

Vençur kapitalizmi bir neçə sözlə ifadə etmək olar. Sizə dəyişiklikləri idarə etmək maraqlı olmalıdır və bilməlisiniz ki, onlar mütləqdir.

Архивное фото

İmkanlar əsaslı dəyişikliklər olan yerdə olur. Təlaş olanda qərarsızlıq olur, qərarsızlıq olan yerdə isə imkan olur. İri şirkətlər və digər səhmdarlar çaşqınlıq içində olanda biz qarışıqlıq fazası axtarırıq. Bu şirkət yaratmaq üçün gələn vaxt deməkdir.

Mən başa düşdüm ki, 40 mln. və ya 150 mln. dollar dəyərində şirkətləri sevmirəm. Şirkətlər uğurlu olanda qurucuları daha strategiyaya təsir etmirlər və artıq istehlakçı ilə birbaşa kontaktda olmurlar. Mən şəxsən nəsə birşey etmıyi sevirəm. Mən müştəriləri, məhsullardan necə istifadə edildiyini görməyi xoşlayıram. Bunlara satış bölməsindən baxmağı sevmirəm.

Bizə axtarıcının nəyi bilmədiyini bilməsini anlamaq lazımdır. Mən ilk öncə bunu soruşuram: “Dünyada baş verən nə sizi şirkət qurmaq və istədiyinizə nail olmaq, bununla belə bizə qəbul etdiyimiz risklərlə  pulları geri qaytarmaq fikrinə gətirib çıxarıb?”

Biz  həmişə praktiki olaraq ilkin mərhələlərdə yatırım edirik. Hər dəfə strategiyanı müzakirə edəndə buna bir də baxırıq. Və hər dəfə də məqsədlərimiz naminə elə lap başlanğıcda sərmayə yatırmağa davam etməyin doğru olduğu məlum olur.

Daim ağlımızın ucunda saxlamalı olduğumuz vacib  fikir: şirkəti digər insanlar idarə edirlər. Bu onların şirkətidir. Biz taktiki olaraq ən yaxşı halda ya tərəfdaş ya da dost ola bilərik.

Mən özümdən çox fərqli insanlar axtarıram. İşimizi tərəfdaşlar arasında razılıq əsasında qururuq.Və mən həmfikir olmağı xoşlamıram. Mümkün qədər mübahisəli, fərqli baxışların olmasını sevirəm. Buna görə də biz səbr və təmkinlə qərar qəbul edirik.

Biz ancaq Silikon vadisinə, ABŞ-ın qərb sahillərinə yatırım etmişik. Ona görə yox ki, digər yerlərdəki şirkətlər pisdir, ona görə ki, bizə lazım olan ancaq buradadır. Kaliforniyada iki dəfə çox qızıl tapıblar.

Həmişə diqqətimizi bazara yönəltmişik: bazarın həcmi, onun dinamikası, rəqabətin təbiəti. Məqsədimiz həmişə iri şirkətlər qurmaq olub. Əgər siz böyük bazarı ələ keçirməsəniz çətin ki, nə zamansa böyük biznesə nail olasınız. Bizə insanın harada təhsil aldığı , nə qədər ağıllı olması deyil, onun ideyaları, həll etdiyi problemlərin əhatə dairəsi və Sequoia ilə bu insanın birliyindən nələrin əldə edilə bilməsi maraqlıdır.

İri korporasiyalar görmək istədikləri böyük işlərdən çox danışırlar, amma onlar əsasən tabe insanlardan ibarət olurlar. Böyük tərkib itaət, nəzərdə tutulmuş rəftar tələb edir. Sahibkar qeyri-standart şəxsiyyətdir və hamı kimi işləmir. Yəni böyük şirkətdə belə bir insan sadəcə stulda əyləşir.

Sahibkarlıq ölkənin və dünyanın bütün iqtisadi problemlərinin həlli deyil.

Tabeliyimdə olanların məni sevməsini istəmirəm. Mənə maraqlı olan onların işləməyi və yeni layihələr gətirmələridir.

Dinləməyi bacarmaq danışmaqdan qat-qat vacibdir. Bizi daha çox menecmenti dinləməkdənsə onunla müzakirələr aparmağa meylli olan ortaq səhmdarlar əsəbləşdirirlər.

Məlumatları saxlamırıq. Biz rəqəmlərin investisiya prosesimizi idarə etməsini istəmirik.

Mən istəmirəm, elə bir təəssürat yaransın ki, sanki səhmdarlar iri şirkətləri idarə edən insanlardan daha ağıllıdırlar. Sadəcə biz daha yaxşı görürük.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...