Amerikanın “Finix” ödəmə xidməti öz əməkdaşlarına xəbər verib ki, Sequoia Capital fondu şirkətdəki kapitalından imtina edib. Bu barədə TechCrunch yazır.
Fond ilk dəfə olaraq razılıqdan imtina edib, çünki, Finix startapı onun digər bir aktivi olan Stripe ödəmə xidməti ilə rəqabət aparır.
Fond, 2020-ci ilin fevral ayının əvvəlində Activant Capital və Inspired Capital ilə birgə sözügedən startapa B raundunda 35 mln. dollar investisiya yatırıb. O zaman fondun sərmayəsi 21 mln. dollar idi və səhmdar onu startapa “hədiyyə” edib.