Amerikanın vençur fondu Sequoia Capital koronavirusun biznesə təsiri ilə bağlı bir neçə proqnoz verib. Onlar xəstəliyin kommersiya sahəsinə artıq necə nüfuz etdiyini deyiblər və biznesi ondan qorumağın yolları barədə məsləhətlərini bölüşüblər.
Fondun analitikləri məruzələrində epidemiyanı “2020-ci ilin qara qaranquşu” adlandırıblar və onun biznesə göstərdiyi üç əsas təsirini qeyd ediblər:
1 . Fəaliyyət aktivliyin azalması: bir çox şirkətlərdə dekabr-fevral ayları ərzində inkişaf tempi azalıb. Bu da biznesin xeyli hissəsinin 2020-ci il üçün olan maliyyə planlarını yerinə yetirə bilməyəcəyi təhlükəsi yaradır.
2 . Təchizatda uğursuzluqlar: çin sərhədindəki problemlər dünyanın təchizat zəncirinə təsir edir. Buna görə də bir çox şirkətlər alternativ təchizatçılar axtarmalı olurlar. Loqistika problemindən daha çox İT-şirkətlər əziyyət çəkirlər.
3 . Görüşlərin və səfərlərin təxirə salınması: məlumdur ki, virus turizm sənayesinə mənfi təsir edir, amma digər biznes sahələrində də vacib işgüzar görüşlərə qadağalar qoyulur və səfərlər təxirə salınır.
Dünya iqtisadiyyatını bərpa etmək üçün çox vaxt lazım gələcək. Biznesi mümkün zərbələrdən qorumaq üçün Sequoia Capital mütəxəssisləri ilk öncə şirkətlərə məsləhət görürlər ki, çətin vəziyyətlərdə necə davranmaq lazım gəldiyi barədə əsaslı strategiya hazırlasınlar. Burada bütün mümkün risklər və çıxış yolları barədə təkliflər öz əksini tapmalıdır. Satışlarınız barədə proqnozlar verin və biznesinizin ilkin maliyyə planlarından nə qədər geri qaldığını öyrənin.
İkinci məsləhət – marketinqi unutmayın. Qeyri-ənənəvi şərtlərlə biznes aparmaq yeni ideyaların yaranması üçün əla imkandır. İstehsal qabiliyyəti barədə də düşünün və personalınızın sayını təhlil edin.