Milliyyətçi kampaniyalar, separatizmi təbliğ edən məlumatlar “Facebook” və “Instagram”da bloklanacaq.
Bu barədə “Facebook”un icraçı direktoru Mark Zukerberq Britaniya mediasına açıqlama verib.
O bildirib ki, gələn həftədən etibarən bu cür məlumatların yayılması hər iki sosial şəbəkədə bloklanacaq. Zukerberqin sözlərinə görə, sosial şəbəkə terrorçu qrupların hesablarını da bloklamağı hədəfləyib.
Qeyd edək ki, icraçı direktorun bu qərarı verməsinə səbəb bir neçə gün öncə Yeni Zelandiyada məscidlərdə dinc müsəlmanlara qarşı amansız terror aktının törədilməsi olub.