“Segway”şirkəti S-Pod kreslosunun prototipini təqdim edib. Gizmodo yazır ki, o, 40 km/s gedə bilir, batareyası isə 70 km-lik yola çatır.
Onun “sürücüləri” artıq rahat otura bilərlər. Qeyd edək ki, köhnə modeldə bu mümkün deyildi – “sürücü” ya ayaq üstə dayanmalı ya da bədənini əyməli olurdu. Oturacağın sağ tərəfindəki diyircəklə kreslonu idarə etmək mümkündür.
Diyircəyi həm də ələ götürüb S-Pod-u məsafədən idarə etmək üçün də istifadə etmək olar. Diyircəklə rahat sürə bilməyən sürücülərə başqaları kömək edə bilər.
Qeyd edək ki, şirkətdən bildirilib ki, kreslo əlillər üçün deyil sağlam insanlar üçün nəzərdə tutulub.
“Segway” dən deyiblər ki, onlar S-Pod-u yaratmaq üçün “Jurassic World” fantastik amerikan filmindəki Gyrosphere-dən ilhamlanıblar.
The Verge yazır ki, S-Pod 2020-ci ilin üçüncü rübündə ictimaiyyətə təqdim olunduqdan sonra satılacaq. Qiyməti isə bildirilməyib.