Seebo: “Sənaye Əşyalar İnterneti” startapı daha 8 milyon dollar cəlb etdi

0
849

İsrailin Seebo “Sənaye Əşyalar İnterneti(İİoT)” startapı son vaxtlar daha bir uğura imza ataraq investorlardan daha 8 milyon dollar vəsaiti layihənin inkişafı ilə bağlı əldə edə bilmişdir. Beləliklə startapın büdcəsi 22 milyon dollara çatmışdır.

Seebo startapı son vaxtlar əşyalar internetinin çatdırılması və planlaşdırılması üzrə lider platformaya çevrilməklə B2C(Business to Customer) seqmentinə həllər təklif etməyi əsas hədəf qoymuşdur. Bu gün startap su süzgəclərindən tutmuş sənaye nasoslarına qədər sənayenin onlarala sektoruna(vertikal sektora) xidmətlər göstərməyə başlamağı düşünür.

Son 6 ayda Seebo əşyalar internetinin modelləşdirilməsi və davranış təhlillərindən(İoT simulation and Behaviour analytics) başqa çoxsaylı rəqəmli data ağıllı həll modelləri üzərində işləyir. Startap, korporativ istehsalçıların onun yaxın zamanda bazara çıxaracağı İoT həllərindan yararlanacağını bildirir.

©digitalazerbaijan.az