Şirkət Nyu-York fond birjasına çıxmağı planlaşdırır
Amerikanın CDN-xidməti Cloudflare ABŞ-ın qiymətli kağızlar və birjalar Komissiyasına ilk İPO üçün müraciət edib. Şirkət “NET” tikeri altında Nyu-York fond birjasına çıxmaq fikrindədir. Əsas sığortaçılar – Goldman Sachs, Morgan Stanley və JP Morgan.
Sənədlərdə göstərilir ki, 2019-cu ilin ilk altı ayı ərzində şirkət 129,15 milyon dollar gəlir əldə edib, xalis zərər isə 36,8 milyon təşkil edib. İldən-ilə göstəricilər müvafiq olaraq 48% və 13% artıb.
Cloudflare-nin təxminən 74,8 min ödəyici istifadəçisi var və onlardan 408-i şirkətə 100 min dollardan çox qazanc gətirib. Şirkətin xidmətlərindən DigitalOcean, İBM, Discord, Marketo və Zendesk istifadə edirlər, CNBC qeyd edir.
Cloudflare-nin həmtəsisçisi və baş direktoru Matthew Prince-ə şirkətin B sinfinin səhmlərindən 20,2% məxsusdur. Digər həmtəsisçi və əməliyyat direktoru Michael Zatlin-ə isə 6,8% düşür. Cloudflare-nin A sinfi səhmlərindən daha 18%-ə yaxını etibarlı idarəetmənindir.