Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Saymon Losbi Hyundai stilistlərinin rəhbəri təyin edilib

Saymon Losbi Hyundai stilistlərinin rəhbəri təyin edilib

101
Paylaş

Hyundai şirkəti Saymon Losbini Koreyadakı dizayn mərkəzində fəaliyyət göstərən Hyundai Styling Group-un rəhbəri təyin edib. Losbi bütün dünya üzrə Hyundai modellərinin stlistik istiqamətini müəyyən edəcək və markanın dizayn strategiyasına nəzarəti həyata keçirəcəkdir.

Londondakı Kral incəsənət kollecinin məzunu olan Saymon Losbi 1991-2001-ci illərdə Bentley və Rolls-Royce şirkətlərində dizayner işləyib. 2001-ci ildən 2008-ci ilə kimi o, Almaniyaya köçərək Volkswagen şirkətində işləyib. Alman istehsalçısı onu Çinə ezam edib və Losbi 2017-ci ilə qədər almanlara çalışıb. 2017-ci ildə Losbi Hyundai şirkətinin filialına keçib.

Saymon Losbi Hyundai Lafesta modelinin üzərində çalışıb

Beləliklə, britaniyalı artıq 10 ildən çoxdur ki, Çində işləyib və son iki ili o Hyundai China Design studiyasında çalışıb. Artıq Saymon “hissiyatlı idman” üslubunu inkişaf etdirəcəkdir. Automotive News nəşri yeni studia rəhbərinə suallar yönləndirib və qaşılığında yeni suallar alıb. “Hazırda biz hissiyatlı idmanı inkişaf etdiririk, lakin bu üslub nə qədər davam edəcəkdir? Beş ildən sonra o aktual olacaqmı? Bəlkə, məqsədli və radikal dəyişikliklər edək? Bizə adi sedanlar lazımdırmı? Daha ciddi sual: daha nə qədər benzin və dizel avtomobilləri gərəkdir?”, – dizayner soruşub.

Saymon 5 il bundan sonra debütü gözlənilən Hyundai Sonata modelinin yeni nəslinə yanaşmanı axtardığını etiraf edib. “Məni yeni işimdə ən çox maraqlandıran elektrik platformalara və avtonom nəqliyyat vasitələrinə olan yanaşmadır. Bu hər kəs üçün bir çağırışdır”, – Losbi bildirib.