Əsas səhifə Xəbərlər Saxta içkilər hazırlayan azərbaycanlı tutuldu

Saxta içkilər hazırlayan azərbaycanlı tutuldu

247
Paylaş

Rusiyanın Yekaterinburq şəhərində Vostaniya küçəsində yerləşən avtomobil qarajında 10 min şüşədən çox saxta aksiz markalı spirtli içkinin saxlanıldığı anbar aşkarlanıb.

Bizplus Oxu.az-a istinadla xəbər verir ki, “Oblastnaya qazeta”ya istinadən xəbər verir ki, qarajın sahibi 1981-ci il təvəllüdlü azərbaycanlıdır.

O, əraziyə “Daewoo Nexia” markalı avtomobillə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Rusiya DİN-nin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Valeri Qorelıxın sözlərinə görə, Əhmədov soyadlı 37 yaşlı kişi anbardar olduğunu bildirib.

Aşkarlanmış spirtli içkilər müsadirə edilib, onların Ural Federal dairəsi üzrə Spirtli içkilərin satışının tənzimlənməsi idarəsinin ekspertizasına təhvil veriləcəyi qeyd olunur.