Əsas səhifə Məqalələr Maraqlı Satya Nadella: “Əslində şəxsi həyatla iş arasında balans mümkün deyil”

Satya Nadella: “Əslində şəxsi həyatla iş arasında balans mümkün deyil”

63
Paylaş

Microsoft şirkətinin baş direktoru Satya Nadella şəxsi həyatla iş arasında balansın ola biləcəyinə inanmır. O, belə hesab edir ki, bu balans axtarışı onları bir-birinə qarşı qoyur. Doğru olansa aralarında sadəcə harmoniya yaratmaqdır.

Nadellanın sözlərinə görə, əvvəllər o da belə hesab edirdi ki, istirahətlə iş arasında balans yaratmaq olar. Amma sonralar fikri dəyişib və bu iki məşğuliyyəti bir-birinə qarşı qoymaqdansa onlar arasında harmoniya yaratmağı düşünüb.

“İndi məni narahat edən hər şeyi, maraqlarımı,işimi harmoniyalaşdırmağa çalışıram”- o, deyib. Harmoniya Nadellaya gələcək işləri üçün məmnunluq və enerji verir.

Nadellanın üç övladı var və onlardan ən böyüyü əlildir. Sağlamlığında problem olan insanlara kömək etmək üçün Nadella Microsoft-da süni zəkanın inkişafı proqramını hazırlayıb. O, əlillərin həyat şəraitini yaxşılaşdırmalıdır. Beləcə Nadella şəxsi həyatla işini bir-birinə bağlayır.

Amazonun baş direktoru Jeff Bezos da balans əvəzinə harmoniyanı üstün tutur. O, belə hesab edir ki, balans hər şeydən öncə “ciddi alver kimidir”. Əslində isə şəxsi həyat da, iş həyatı da yan-yana dövr edir.

“Əgər işdə xoşbəxtəmsə, evdə də özümü əla hiss edirəm – əla həyat yoldaşı və əla ata. Və əgər evdə özümü yaxşı hiss edirəmsə işləməyə də enerjim olur” – Bezos deyir.