Satirik Twitter-hesabı Silikon Vadisi sahibkarlarına “alqış yağdırıb”

Date:

Paylaş:

Silikon Vadisindən olan startap qurucuları satirik Twitter-hesabından qəzəblərini ifadə ediblər. Belə ki, VCs Congratulating Themselves (“Vençur kapitalistlər özləri özlərini təbrik edirlər”) hesabı startapçıların uğurlarını gülüş hədəfinə çevirib. Bu barədə Protocol yazır.

Maraqlıdır ki, profildə sözlərdən istifadə edilmədən alqış emojiləri vasitəsilə startapçılar ələ salınıb. VCs Congratulating Themselves hesabı startapçıların öz uğurlarından danışdıqları paylaşımlarını retvit edib və onlara alqış emojiləri yerləşdirib.

Dörd ay ərzində VCs Congratulating Themselves 32 mindən çox izləyici sayı toplayıb. Bəzi istifadəçilər belə hesab edirlər ki, profildə olan startapçılar öz nailiyətlərindən danışmırlar, sadəcə öyünürlər.

Profilə düşən sahibkarlar özləri isə hesabın sahiblərinin yumorunu qəbul etməyiblər və Paul Graham, Marc Andrissen kimi bəziləri hətta sözügedən hesabı blok da ediblər.

Amma bununla belə, bu halı yumorla qəbul edənlər də tapılıb. Onlardan biri Day One Ventures fondunun təsisçisi olub. Sahibkar xanım burada dəhşətli heç bir şeyin olmadığını bildirib: “Bir çox vençur investorların bu zarafatlara görə  narahat olması gülməli gəlir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...