Şanxayda Tesla Model S elektrik avtomobili partlayıb

Date:

Paylaş:

İnternetdə Tesla Model S elektrik avtomobilin partlayışını əks etdirən video görüntüsü yayılıb. Hadisə 21 aprel tarixində, Çinin Şanxay şəhərinin dayanacağında baş verib. “Tesla” nin verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılır.

Videoda avtomobil birinci tüstülənir, sonra isə partlayır. Partlayış nəticəsində daha bir neçə avtomobil zədələnib. Şirkətin verdiyi məlumata görə, heç kim xəsarət almayıb.

Sözsüz ki, bu hadisə “Tesla” nın imicinə neqativ təsir edəcək. Ümumilikdə 2013-cü ilə bəri 14 dəfə partlayış halı qeydə alınmışdır, çox vaxt qəza nəticəsində.

“Tesla” özü isə qeyd edir ki, onun istehsal etdiyi avtomobilləri adi nəqliyyat vasitələri ilə müqayisədə 10 dəfə təhlükəsizdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...