San-Fransiskoda marixuana satan mağazalar karantində bağlanmayan obyektlər sırasına qoşulublar. Bu barədə Business İnsider məlumat verir.
Sözügedən mağazalar ənənəvi rejimlə işləyirlər.
“Kannabis (narkotik) San-Fransisko əhalisi üçün vacib dərmanlardan sayılır. Karantin müddətində ambulatoriyalar fəaliyyətlərini davam etdirə bilərlər. Amma insanların sağlamlığının qorunması qaydalarına riayət etməlidirlər” –San-Fransiskonun səhiyyə departamenti bildirib.