“Samsung”un Azərbaycanda bazar payı azalıb

Date:

Paylaş:

Bu ilin iyun ayında Azərbaycan mobil qurğuları bazarında “Samsung”un bazar payı aprel ayı ilə müqayisədə 1,3 faiz bəndi artıb.

İyulun 1-nə “Samsung”un ölkə üzrə bazar payı 56,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4 faiz bəndi azdır. Populyarlığına görə “Samsung” ölkənin mobil qurğuları bazarında birinci yeri tutur.

Cari ilin iyun ayında “Apple” şirkətinin daxili bazar üzrə məhsullarının payı 8,1 faiz bəndi azalıb. Bu göstərici iyul ayının 1-nə olan məlumata görə 12,9% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 26,7 faiz bəndi çoxdur. “Apple”ın məhsulları Azərbaycanın mobil cihazları bazarında ikinci yeri tutur.

3-cü yerdə bazar payı 12,7% olmaqla “Xiaomi” şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı iyun ayı ərzində 1,8 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə təxminən 3 dəfən artıq artıb.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: “Huawei” – 3,5%, naməlum (əsasən Çin mənşəlli) istehsalçıların mobil cihazları – 2,56%, LG – 2,04%, “Nokia” – 1,55%, “Lenovo” – 1,46%, HTC – 1,21%, “Alcatel” – 0,95% və s.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...