Koreyalı analitiklər hesab edirlər ki, bu ilin ikinci rübündə “Samsung Elecronics” şirkətinin əməliyyat gəlirləri 11,5 milyard dollar təşkil edəcək və şirkət yeni rekord vuracaq.
Əvvəl bu rəqəm təxminən 10,6 milyard dollar olub.
“Samsung Electronics”in rekord rüblük əməliyyat gəlirləri 2013-cü ilin üçüncü rübündə qeydə alınıb – o zaman bu göstərici 9 milyard dollara yaxın olub. Bu ilin birinci rübündə isə bu gəlirlər 8,8 milyard dollar təşkil edib.
“FN Guide” şirkətinin analitikləri hesab edirlər ki, şirkətin satışları 13,3 faiz artacaq və 51,7 milyard dollara çatacaq. Şirkətin əməliyyat gəlirləri bazarın təxminən 60 faizini təşkil edəcək.
“eBEST Investment & Securities” şirkətinin mütəxəssisləri daha irəli gedib və hesab edirlər ki, ikinci rübdə “Samsung”un əməliyyat gəlirləri və satışları müvafiq olaraq 12,44 və 52,3 milyard dollar təşkil edəcək. Bu sahədə şirkətə yarımkeçirici məhsulların yüksək qiymətləri və OLED displeylərinə böyük tələbat kömək edəcək. Həmçinin “Samsung Galaxy S8” flaqman smartfonlarının əla satışları buna yardımçı olacaq.
©lent.az