“Samsung” ev işləri üçün nəzərdə tutulmuş robotunu nümayiş etdirib. TechCrunch yazır ki, şirkət cihazı, CES 2020 sərgisində təqdim edib.
Robot balaca top-şar şəklindədir və xüsusi səslər çıxarır. Sahibinin dalınca düşüb kameraların köməyi ilə onu “izləyə” bilir. Samsung şirkəti əmindir ki, robotdan evdə fitneslə məşğul olarkən və digər “ağıllı” ev cihazları ilə iş zamanı təhlükəsizlik üçün istifadə etmək mümkün olacaq.
Təqdimat zamanı Ballie səhnədə sahibinin ardınca düşüb və xüsusi səslər çıxarıb.
Bir qədər sonra Samsung robotun digər funksiyalarının da anons edildiyi bir çarx buraxıb: videoda o məsələn, darıxan bir it üçün televizoru qoşur və bunu smartfonda sahibinə yayımlayır. Reklamda Ballie həm də itlə oynayır və evdə tör-töküntü görəndə robot-tozsoranı da qoşur.
Şirkət robotun bazara çıxacağı tarixi və qiymətini açıqlamayıb.