Samsung şirkəti 2019-cu ilin sonlarında söz verdiyi kimi Selfie Type klaviaturasını təqdim edib. Bu “gözəgörünməz” klaviatura süni zəkanın və kameraların köməyi ilə istənilən bir səth üzərində virtual şəkildə “yazı yazmağa” imkan verir. Layihə şirkət tərəfindən CES 2020 sərgisində nümayiş olunub.
SelfieType AI aləti frontal kamera vasitəsilə barmaqların hərəkətini təhlil edir və onları QWERTY-klaviatura toxunuşuna çevirir.
The Verge yazır ki, Selfie Type xüsusi avadanlığa ehtiyac olmadan ön kameranın köməyi ilə barmaqların hərəkətlərini izləyir.