Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Samsung” üçqat kameralı M40 smartfonunu təqdim edib

“Samsung” üçqat kameralı M40 smartfonunu təqdim edib

32
Samsung Galaxy M40
Samsung Galaxy M40

“Samsung” şirkəti “musiqili” ekranlı və üçqat kameralı, lakin qulaqcıq keçiricisi olmayan Galaxy M40 smartfonunu təqdim edib.

Cihaz M seriyasındandır və avvəlcə Hindistan bazarına çıxarılacaq.

Samsung Galaxy M40, yuxarı sol küncdə 16 meqapiksel selfi-kamera dəlikli 6,3 dyümlük PLS-displeylə təmin olunub. Displey ön panelin 91,8%-ni tutur. Qulaqcıq olmasa da, telefonda Screen sound texnologiyası vardır və o, displeyi səsgücləndiriciyə çevirir.

Snapdragon prosessorlu smartfon 6 Gb RAM yaddaş və 128 Gb yaddaşlıdır və microSD kartının köməyi ilə 512 Gb da ola bilir. Arxa panelində 32 meqapiksel əsas və 8 meqapiksel çox geniş, 5 meqapiksel sensorlu kameralar var. Telefon 4K ölçüsünə kimi böyüdülən videolar çəkir və saniyədə 240 kadra qədər sürətdə çəkməyə qadirdir.

Bu modeldə OLED ekranı olmadığı üçün barmaq izləri skaneri ekranda deyil, arxa paneldə yerləşdirilib. Mühərrik batareyası 3500 mAh həcmindədir və  USB-C enerji cihazı vasitəsilə 15 Vatt-a qədər enerji yığa bilir.

Galaxy M40 Android Pie idarəsi altında Samsung OneUI interfeysi ilə birgə işləyir. Digər əlavələrə Dolby Atmos, NFC və Bluetooth 5.0 dəstəkləri daxildir.

Samsung Galaxy M40 Midnight Blue və Seawater Blue rənglərində olacaq. Qiyməti 288 dollradan başlayır. Başlanğıcda  telefonun satışı Hindistanın “Amazon” da daxil olmaqla bütün məşhur onlayn–mağazalarında olacaq. Başqa bazarlar üçün qiymətlər hələlik məlum deyil.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here