Yeni bir hesabata əsasən “Samsung” smartfonları “Apple” və “Huawei” cihazları ilə müqayisədə üstünlüyə malikdirlər.
OpenSignal-ın bu hesabatına görə “Samsung” smartfonları verilənlərin yüklənmə sürəti baxımından “Apple” və “Huawei” smartfonlarını geridə qoyur. Bu mənzərə araşdırmanın aparıldığı ölkələrin 25%-də müşahidə olunub.
Hesabata əsasən, ABŞ-da Samsung istifadəçiləri orta hesabla İphone istifadəçilərinə nisbətdə 8,2 Mbit/s daha sürətli yükləməyə malikdirlər.
Belə göstəricilər bir neçə faktorla əlaqəli ola bilir. Yəni müxtəlif istehsalçılar müxtəlif modem təchizatçıları ilə işləyirlər – Android-smartfonlar istehsalçıları Qualcomm modemi quraşdırır, “Huawei” öz şəxsi modemini tətbiq edir, iPhone isə artıq bir neçə ildir ki, İntel modemindən istifadə edir.
OpenSignal hesabatında sürətli yükləmə baxımından başlanğıc səviyyədə Huawei gəlsə də üst səviyyədə liderlik Samsung-a məxsus olub.