“Samsung” şirkəti yeni planşet təqdim edib

Date:

Paylaş:

“Samsung” şirkəti “IFA 2019” sərgisində “Galaxy Tab Active Pro” adlı yeni planşet təqdim edib.

Planşet 1920х1200 piksel təsvir ölçülü, 16:10 tərəf nisbətli və maksimal 550 kandel kvadratmetr (kd/m2) parlaqlığa malik 10 düym diaqonallı ekranla təchiz edilib. “Samsung Galaxy Tab Active Pro” planşetinin korpusu IP68 standartına əsasən toz, su və zərbələrə qarşı davamlıdır. Həmçinin qurğu 1,2 metr hündürlükdən düşmədən qorunan “MIL-STD-810G” hərbi standartı üzrə mühafizə olunur. Model ekrandan nəm əl və ya əlcəklə istifadə imkanlı xüsusi istismar rejimini dəstəkləyir. Korpusda “S Pen” elektron qələmi üçün bərkitmə yeri nəzərdə tutulub.

Səkkiznüvəli “Snapdragon” prosessoru üzərində qurulan qurğu 4 giqabaytlıq operativ yaddaş və “microSD” kartı vasitəsilə 512 giqabaytadək genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. O, kənar ekrana qoşulma zamanı “DeX” rejiminin işini dəstəkləyir.

Qabaritləri 243,5 x 170,2 x 9,9 millimetr, çəkisi 653 qram təşkil edən planşet 7600 milliamper/saat tutumlu çıxarılabilən akkumulyator, 13 meqapikselli əsas və 8 meqapikselli ön kameralarla təchiz edilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğu 4 il ərzində proqram yenilənməsi ilə təmin olunacaq.

“Samsung Galaxy Tab Active” planşetinin oktyabrın 1-dən satışa çıxarılması nəzərdə tutulur. “Wi-Fi” modifikasiyalı modelin qiyməti 600 avro, “LTE” dəstəklinin isə 670 avro təşkil edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...