Samsung şirkəti Samsung Coin adlı kriptovalyutasını yaratmaq niyyətindədir

Date:

Paylaş:

    Samsung şirkəti özünün blockchaini üzərində çalışır və özünün Samsung Coin adlı kriptovalyutasını yaratmaq istəyir. Bu barədə CoinDesk Korea saytına istinadən Gagadget saytı xəbər verib. Şirkətin planları ilə yaxından məlumatı olan mənbələrin verdikləri məlumata əsasən Samsung şirkətinin blockchain sistemi Ethereuməsasında qurulacaq və gələcəkdə ictimai olacaq.

    “Hal hazırda biz bağlı blockchain haqqında düşünürük. Lakin bu da öz təsdiqini tapmayıb. Gələcəkdə bu, açıq blockchain ola bilər. Lakin mən düşünürəm ki, bu, hibrid blockchain olacaq. Yəni açıq blockchain ilə qapalı blockchainin birləşməsi” – deyə mənbə qeyd edib. Heç istisna deyil ki, müəyyən müddətdən sonra Samsung Coin də birjadakı hərraclarda satılacaq. “Bizim gözləntilərimizə əsasən Samsung Coin bazara çıxacaq,lakin layihənin istiqaməti hələ məlum deyil” – deyə mənbə qeyd edib.

    Şirkət öz blockchain sistemini Samsung Pay ödənişləri üçün inteqrasiya edə bilər. Lakin bu qərar hələki tam verilməyib. Bu layihə üzərində şirkətin naqilsiz texnologiyaları ilə məşğul olan şöbəsi çalışır. Layihə üzərində iş isə keçən ildən aparılır və hələki şirkət daxilində test mərhələsindədir. Qeyd etmək lazımdır ki, Galaxy S10smartfon modellərinin daxilində Blockchain Keystore adlı kriptovalyuta portmanatı mövcuddur. O, Ethereum-u və ERC tokenlərini dəstəkləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...