Cənubi Koreyanın “Samsung” şirkəti ilk qatlanan smartfonu olan “Galaxy Fold”a ilkin sifarişləri qəbul etməyə başlayıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, “Samsung”un vətənində smarfonların satışına 18-20 sentyabr tarixləri arasında start veriləcək.
Cihazın qiyməti anons olunandan bu yana dəyişməyərək 1 980 ABŞ dolları qalıb.
Xatırladaq ki, “Galaxy Fold” hələ bu ilin əvvəlində anons edilib. Lakin satışların başlanmasına bir neçə gün qalmış ekranla bağlı problemlərdən dolayı şirkət satışların startını təxirə saldı.