“Samsung” şirkəti “Samsung Galaxy A40s” modelini nümayiş etdirib

Date:

Paylaş:

“Samsung” şirkəti fevralda təqdim edilən “Galaxy M30” smartfonunun modifikasiya edilmiş versiyası olan yeni “Samsung Galaxy A40s” modelini nümayiş etdirib.

Yeni qurğu HD (1560 х 720 piksel) təsvir ölçülü 6,4 düym diaqonallı “Super AMOLED Infinity-V” ekranla təchiz olunub. Displeyin yuxarı hissəsinə damcıvarı şəkildə olan maksimal f/2,0 diafraqmaya malik 16 meqapikselli ön kamera quraşdırılıb. Smartfonun əsasını 1,8 QHs takt tezlikli səkkiznüvəli “Exynos 7904” prosessoru təşkil edir. Operativ yaddaş tutumu 6, quraşdırılmış isə bu sinfə aid qurğular üçün standart hesab edilən 64 giqabayta bərabərdir.

Arxa kamera 13 və 5 meqapiksel təsvir ölçülü qoşa ötürücülərdən ibartədir. Akkumulyator tutumu 5 min milliamper/saata bərabər modelin qabaritləri 158,4 х 74,9 х 7,4 mm, çəkisi 174 qram təşkil edir.

“Samsung Galaxy A40s” smartfonu 220 dollar qiymətləndirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...