Əsas səhifə Biznes sahələri Texnologiya “Samsung” şirkəti dünyada ən kiçik kamera sensorunu təqdim edib

“Samsung” şirkəti dünyada ən kiçik kamera sensorunu təqdim edib

87
Paylaş

“Samsung” şirkəti dünyada ən kiçik kamera sensorunu – “Isocell Slim GH1” nümayiş etdirib. Sensorun ölçüsü 0,7 mikrometr təşkil edir.

Sensorun təsvir ölçüsü 43,7 meqapikseldir. Güzgülü kameraların əksəriyyəti belə təsvir ölçüsünə malik deyil. İstehsalçının məlumatına görə, onun işığa həssaslıq göstəricisi 1,4 mikrometr piksel ölçülü sensorlara uyğundur. Həmçinin təsvirin elektron sabitləşməsi üçün hiroskop və faza avtofokusu mövcuddur. “Isocell Slim GH1” sensoru daha parlaq təsvirlər üçün müxtəlif ekspozisiyalı bir neçə kadrı birləşdirə bilər.

İstehsalçının qənaətinə görə, belə sensor gələcək smartfonların “selfi”-kamerası üçün mükəmməldir.

“Samsung” şirkəti ilin sonuna “Isocell Slim GH1” sensorunun kütləvi istehsalına başlayacaq.