Əsas səhifə Biznes sahələri Texnologiya “Samsung” şirkəti biznesmenlər üşün smartfon istehsal edib

“Samsung” şirkəti biznesmenlər üşün smartfon istehsal edib

58
Paylaş

Keçən həftə Finlandiyada Galaxy XCover Pro və Galaxy A51, Galaxy A71 smartfonlarının gizli təqdimatı olub və artıq Samsung şirkəti onu lazımi şəkildə də təqdim edib.

Samsung Galaxy XCover Pro iş adamları üçün nəzərdə tutulub. Onda vacib biznes məlumatları qoruyan Samsung KNOX vardır. Smartfon  həm də Samsung POS-u dəstəkləyir. Onun sayəsində telefondan mobil cihazların satış mərkəzlərində istifadə etmək olur. Bundan başqa, smartfonda inventara nəzarət və ştrix-kodların skan edilməsinə imkan verən funksiyalar da var.

Sözügedən smartfon iki proqramlaşdırıla bilən düyməyə malikdir və onları bir təkanla müxtəlif fəaliyyətlərin icrası üçün quraşdırmaq mümkündür. Məsələn, tətbiqi açıb fonarı qoşmaq. Smartfon IP68 suya və toza davamlılıq sertifikatına malikdir və 1.5 m. hüdürlükdən düşmə zərbəsinə tab gətirə bilir. Həmçinin, MIL-STD-810G sertifikatı sayəsində ekstrimal hava şəraitlərinə də uyğunlaşır. Galaxy XCover Pro smartfonu 6,3 dyümlük FHD + Infinity ekranla təchiz olunub. Ona əlcəklə və hətta yaş vəziyyətdə də  toxunmaq olar.

Smartfonun içində 4 Gb  RAM  yaddaşla birgə Exynos 9611 SoC quraşdırılıb. O, Android 10-u yükləyir və microSD kartının köməyi ilə tutumu 512 Gb-a kimi artırıla bilən 64 Gb-lıq disk sahəsinə sahibdir. Smartfonun arxa panelində 25MP f / 1.7 və 8MP f / 2.2 modullu ikiqat kamera var. Selfi və videozənglər üçün yuxarı sol küncdə dəliyin önündə 13MP f / 2.0 kamerası var.

Bu smartfonun yan hissəsində barmaq izi oxuyucusu və NFC çipi var. O, 15 Vatt-lıq sürətli enerji yığımını dəstəkləyən və dəyişdirilə bilən 4050 mAh tutumlu batareya ilə təqdim olunur.

Yeni smartfon 31 yanvardan satışa çıxarılacaq. Qiyməti 500 avrodur. Finlandiya onu əldə edə biləcək ilk ölkələrdən biri olacaq.