Koreyanın The Investor saytı öz mənbələrinə istinadən bildirib ki, qatlana bilən Galaxy Fold smartfon modelinin satışa çıxmamasına baxmayaraq Samsung şirkəti hal hazırda bir neçə ədəd qatlana bilən smartfon üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Saytın verdiyi hesabata əsasən şirkət hal hazırda 3 ədəd qatlana bilən smartfon modeli üzərində çalışır.
Onlardan biri Huawei Mate X modeli kimi xarici istiqamətə büküləcək. Maraqlısı ondadır ki, həmin model Mate X-dən daha tez satışa çıxa bilər. Son məlumatlara əsasən Mate X modelinin satışlarına bu ilin payız fəslində start veriləcək. Yerdə qalan iki qatlana bilən smartfon modelinin bu il satışa çıxacağını gözləmək lazım deyil. Həmin smartfonlar gələn ilin ya birinci yarısında ya da ikinci yarısında satışa çıxacaqlar.