Əsas səhifə Biznes sahələri Texnologiya “Samsung” şaquli ekranlı televizor təqdim edib

“Samsung” şaquli ekranlı televizor təqdim edib

179
Paylaş

“Samsung” şirkəti üç yeni televizor modelini təqdim edib: “Serif”, “Frame” və “Sero”. Korporasiyanın verdiyi məlumata görə, “Sero” modelinin ekranı şaquli formadadır.

Şirkət belə bir televizor modelinin millenial nəslin (şəbəkə nəsli) maraqlarını nəzərə alaraq tərtib edildiyini qeyd edir. Tərtibatçıların fikrincə, “Sero” modeli sosial şəbəkələrdən videoları izləmək imkanını verir. Bunun üçün smartfonu NFC modulu vasitəsilə televizora qoşmaq lazımdır.

Hesabatda qeyd olunur ki, bu televizor üfüqi vəziyyətdə də quraşdırıla bilər istifadə edilmədikdə isə rəqəmsal foto çərçivəyə və ya saata çevrilə bilər.

Yeni televizorun Cənubi Koreya bazarına may ayının sonlarında buraxılacağı gözlənilir. Televizorun qiyməti 1,89 mln. von (2 800 AZN) təşkil edəcək.