Son rüb Samsungun tarixində ən yaxşı rüb oldu.
Samsung Electronics bu ilin üçüncü rübünün maliyyə nəticəsinin ilkin qiymətləndirməsini nümayiş etdi. Göstəricilər analitiklərin proqnozları ilə üst-üstə düşdü: keçən rüb Cənubi Koreya nəhəngi Samsung üçün ən yaxşı rüb oldu.
Bu dövr üçün konsolidasiya edilmiş gəliri şirkət 65 trilyon (($ 57.5 milyard) ,əməliyyat gəlirlərini isə 15.5 trilyon von($ 15,5 milyard) qiymətləndirir. Bu Samsung Electronics tarixində ən yüksək rüblük gəlir və mənfəətdir.
Ötən ilin eyni dövründə rəqəmlər $ 55,4 milyard və $ 12.96 milyard idi, uzun müddət sonra ilk dəfə şirkət Galaxy S9 və S9 + zəif satışı əsasında göstəricilərin azalması qeydə alınan keçən rübdə isə – $ 52,4 milyard və $ 13 , 3 milyard təşkil edib.
Şirkət tam hesabatı yalnız ayın sonunda dərc edəcək.Məhz ondan sonra Samsungun müxtəlif şöbələrinin maliyyə fəaliyyətinin detalları məlum olacaq.