Əsas səhifə Biznes sahələri Texnologiya Samsung qatlanan smartfonların istifadəyə verilməsində nahaq yerə tələsdiyini etiraf edib

Samsung qatlanan smartfonların istifadəyə verilməsində nahaq yerə tələsdiyini etiraf edib

331
Paylaş

“Bu utancverici idi”, – şirkətin icraçı direktoru deyib.

The Independent yazır ki, Samsung-un üç icraçı direktorundan biri olan DJ Koh, qatalanan ekranlı Galaxy Fold smartfonlarını buraxmaqda şirkətin tələsdiyini etiraf edib.

Koh deyib ki, hələ cihaz olmamış onun buraxılmasındatəkid edən o özü olub. “Bu utancverici idi” – o deyib. 2000 dollara yaxın qiyməti olan smartfon jurnalistlərin əlində tələf olduqdan sonra Samsung, satışın başlamasına bir neçə gün qalmış Galaxy Fold-un buraxılışını dayandırmaq qərarına gəlir.

“ Mən qatlanan smartfonla bağlı nəyisə gözdən qaçırdığımı etiraf edirəm, lakin biz indi bərpa prosesindəyik” – şirkətin icraçı direktoru deyib.

Koh-un sözlərinə görə, Samsung bütün problemləri həll edib və təxminən iki minə yaxın nümunə üzərində sınaq həyata keçirir. Satışların başlayacağı dəqiq tarixi o açıqlamayıb və bildirib ki, şirkətə hələ biraz vaxt lazımdır.

2016-cı ildə, cihazın öz-özünə kütləvi yanma hallarından sonra Samsung satdığı bütün Galaxy Note 7 smartfonlarını geri götürdü. Araşdırmalar başa çatdıqdan sonra  şirkət bildirib ki, problem, satışa verilməzdən əvvəl aşkara çıxarılıb həll oluna bilməyən layihə səhvi ucbatından baş verib.