Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Samsung” patent ailələrinin sayına görə dünya lideridir

“Samsung” patent ailələrinin sayına görə dünya lideridir

180
Paylaş

2018-ci ilin nəticələrinə görə, Cənubi Koreya şirkətinin sahib olduğu patentlərin sayı 128 700  təşkil edir, bu ötən il ilə müqayisədə 7,9% çoxdur. Patentlərin çox hissəsi ABŞ-da əldə olunub – 50 804 və ya 39,5%.

İstehsalçı bunu ABŞ-ın patentlərini mümkün mübahisələrə effektiv cavab vermək üçün lazım olduğunu söyləyərək izah edir. Şirkətin patent üçün ilk sorğusu 1984-cü ildə göndərilib.

Avropada “Samsung” şirkəti 25 669, Koreyada 23 203, Çində 11 709, Yaponiyada isə 7 170 patent alıb.

Eyni ixtira müxtəlif ölkələrdə patentləşdirildikdə, patent ailəsi meydana gəlir. “Samsung” patent ailələrinin sayına görə liderdir. Belə ki, onların sayı 61.608 təşkil  edir (2018-ci ilin sonu). İkinci yerdə i 34.905 patent ailəsinə sahib olan “Canon” şirkəti, üçüncü yerdə isə 34.376 ilə “IBM” durur.

Şirkətin əsas fəaliyyət istiqamətlərinə tərtibatlar, smartfonlar, ağıllı televizorlar, mikrosxemlər daxildir.