“Samsung” ikinci nəsil smart saatını təqdim edib

Date:

Paylaş:

“Samsung Electronics” şirkəti ikinci nəsil “Galaxy Watch Active” smart saatını təqdim edib.

“Ağıllı” saat 39-dan çox təlim növünü izləməyə imkan verir, onlardan 7-si avtomatik aktivləşir.

İstifadəçi “Running Coach” yenilənmiş funksiyası sayəsində real vaxt rejimində qaçış sürətini müəyyənləşdirə və 7 müxtəlif təlim proqramından birini seçə bilər.

“Galaxy Watch Active 2” saatının arxa tərəfində quraşdırılmış datçiklər qurğunun birinci nəsli ilə müqayisədə məlumatları daha sürətli oxumağa imkan verir. Həmçinin təkmilləşdirilmiş yuxu analizi alqoritmləri nəzərdə tutulub.

“Samsung Galaxy Watch Active 2” “ağıllı” saatı 2019-cu il sentyabrın 13-də satışa çıxarılacaq. Saatın dəyəri versiyadan asılı olaraq 300-470 avro aralığında təşkil edəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...