Samsung Galaxy Note 10 iki versiyada təqdim olunacaq

Date:

Paylaş:

 XDA-Developers saytının tərtibatçıları Galaxy S10 nüvəsinin açıq mənbəli kodunda Samsung şirkətinin yeni smartfonu barəsində məlumatlar aşkar ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə əldə olunmuş məlumata əsasən şirkətin yeni smartfonu Davinci kod adına sahibdir. Məşhur insayder Ice Universe isə məlumat vermişdi ki, Galaxy Note 10 flaqman smartfonu məhz Davinci kod adına sahibdir. Bundan əlavə olaraq tərtibatçılar Davinci5G adını da aşkar ediblər. Beləliklə çox güman ki, Galaxy Note 10 iki versiyada təqdim olunacaq və onlardan biri 5G şəbəkəsini dəstəkləyəcək.

    Qeyd etmək lazımdır ki, şirkət həmin şeyi Galaxy S10 seriyasının təqdimatı ilə də etmişdi. Belə ki, smartfonlardan biri də Galaxy S10 5G modeli idi. Adi Note 10 ilə Note 10 5G arasında texniki göstərici fərqlərinin olub-olmayacağı barəsində bir məlumat yoxdur. Son məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy Note 10 smartfonu 19.5:9 nisbətli 6.66 düym Infinity-O ekran, Snapdragon 855/Exynos 9810 prosessoru, dördlü arxa kamera və 4000-4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq şirkətin son patent sorğusunda qeyd olunurdu ki, Galaxy Note 10 smartfonunun stilusu həmçinin kamera ilə də təchiz oluna bilər. Çox güman ki, Galaxy Note 10 smartfonu bu ilin avqust ayında təqdim olunacaq.

technote.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...