XDA-Developers saytının tərtibatçılarından biri Samsung şirkətinin Galaxy A seriyasının flaqman smartfon modeli barəsində bəzi məlumatları verib. Söhbət, Galaxy A90 smartfonundan gedir. Bu barədə Gagadget saytı xəbər verib. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Galaxy Note 10 smartfonu 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyası ilə təchiz olunacaq. Lakin indi ortaya çıxmış məlumata əsasən bu belə olmayacaq.
Belə ki, həmin texnologiyanı həmçinin orta büdcəli smartfon modeli olacaq Galaxy A90 da dəstəkləyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy S10 5G ilə Galaxy A80 modelləri 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyası ilə təchiz olunublar. Son məlumat sızıntılarına əsasən Galaxy A90 modeli Snapdragon 730 və ya Snapdragon 730G prosessoru, 6/8 GB RAM və One UI interfeysli Android Pie əməlyyat sistemi ilə təchiz olunacaq. Smartfon artıq yaxın zamanda təqdim olunmalıdır.