Samsung Galaxy A70 barəsində ilk məlumatlar ortaya çıxdı

Date:

Paylaş:

İnternetdə Samsung şirkətinin Galaxy A seriyasının hələ təqdim olunmamış daha bir orta büdcəli smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. Bu dəfə söhbət, Galaxy A70 smartfon modelindən gedir. Belə ki, 91mobiles saytı Galaxy A70 modelinin keys fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş keys fotolarından da görmək olar ki, smartfon genişformatlı Infinity-U ekran və üçlü arxa kamera ilə təchiz olunacaq.

Keysdə barmaq izi skanı üçün nəzərdə tutulmuş xüsusi hissə yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya smartfonun ekranına inteqrasiya oluna bilər. Məlumata əsasən Galaxy A70 modeli həmçinin sürətli enerji yığma texnologiyalı 4400 mAh enerji tutumlu batareya, USB-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. Smartfon bu ilin birinci yarısında təqdim olunmaldır. Qeyd etmək lazımdır ki, Samsung şirkəti həmçinin Galaxy A seriyasına daxil olacaq daha 4 smartfon modeli üzərndə çalışır: Galaxy A20, A40, A60 və A90.

technote.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...