Samsung Galaxy A seriyasının növbəti modeli təqdim edilib

Date:

Paylaş:

“Android 9.0 Pie” (Go Edition) proqram platforması üzərində qurulan “Samsung Galaxy A2 Core” smartfonunun rəsmi təqdimatı keçirilib.

 Smartfon “Exynos 7870” prosessoru ilə təchiz edilib. Çipə 1,6 QHs takt tezlikli səkkiznüvəli “ARM Cortex-A53” prosessoru, “Mali-T830” qrafik kontrolleri və 300 Mbit/saniyə sürətində məlumat yüklənilməsini təmin edən “LTE Category 6” modemi daxildir.

Məlumata görə, operativ yaddaş tutumu 1 giqabayt təşkil edir. Bundan başqa, 16 giqabaytlıq quraşdırılmış yaddaşa “microSD” kartını yerləşdirmək olar.

“qHD” (960 × 540 piksel) təsvir ölçüsünə malik ekranın ölçüsü diaqonal üzrə 5 düym təşkil edir. Ön və arxa kameraların təsvir ölçüsü isə 5 meqapikselə bərabərdir. Bundan əlavə, işıq diodlu işıqlandırıcı nəzərdə tutulub.

Smartfon “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.2 LE” simsiz rabitə adapterləri, GPS naviqasiya sistemi qəbuledicisi, FM radio, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, 2600 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz olunub.

Qabaritləri 141,6 × 71 × 9,1 mm, çəkisi 142 qram təşkil edən “Samsung Galaxy A2 Core” smartfonunun qiyməti 75 dollara bərabərdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...