Əsas səhifə Biznes sahələri Texnologiya “Samsung Electronics”in 3-cü rüb üzrə əməliyyat gəlirləri 12,8 milyard dollara çatıb.

“Samsung Electronics”in 3-cü rüb üzrə əməliyyat gəlirləri 12,8 milyard dollara çatıb.

588
Paylaş
Samsung
Samsung

Koreya Respublikasının elektronika nəhəngi “Samsung Electronics”in 3-cü rüb üzrə əməliyyat gəlirləri rekord həddə artıb.

Şirkətin yaydığı məlumatda deyilir ki, həmin dövrdə əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 12,8 milyard dollara çatıb.

“Yonhap” agentliyi  xəbər verir ki, şirkətin satışında da ciddi artım müşahidə olunur. Tam dəqiqləşməmiş hesablamalara görə, satış həcmi iyun-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 29,65 faiz artaraq 55 milyard dollara çatıb.

Analitiklər hesab edir ki, “Samsung Electronics”in satışının artımına səbəb yeni model mobil telefon və planşetlər deyil, kompüterlər üçün çip biznesinin yaxşı getməsidir.

 

© Azərtac